KİV: İrandakı vəziyyətə görə bəzi Ermənistan vətəndaşları Bakı, Azərbaycan vətəndaşları isə İrəvanın hava limanındadır
sizinxeber.az xəbər saytı

KİV: İrandakı vəziyyətə görə bəzi Ermənistan vətəndaşları Bakı, Azərbaycan vətəndaşları isə İrəvanın hava limanındadır


Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olublar.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, vəziyyətlə bağlı davamlı işlər gedir.

Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın “Zvartnots”, bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib.

“Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın “Zvartnots” hava limanındadır” - məlumatda deyilir.

Oxşar xəbərlər

Bəzi Ermənistan vətəndaşları İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olub
"Zvartnots" hava limanında təyyarələr pis hava səbəbindən eniş edə bilməyib
KİV: Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılacaq
“Zvartnots” aeroportunda Rusiya sərhədçilərinin yola salınma mərasimi keçirilir
"Zvartnots"dan çıxarılan Rusiya hərbçiləri Ermənistanın Türkiyə və İranla sərhədində xidmətə başlayıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər