Azərbaycanda xəstəxana direktoru cərimələndi
sizinxeber.az xəbər saytı

Azərbaycanda xəstəxana direktoru cərimələndi


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Quba Rayon Mərkəzi Xəstəxanasında yoxlama aparıb.

Far.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, xəstəxana rəhbərliyi barəsində idarəetmə qaydaları əleyhinə olan inzibati xəta - yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlı protokol tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilib və işə məhkəmədə baxılıb. Araşdırma zamanı məlum olub ki, xəstəxana binası yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməyib. Bundan başqa, obyektin elektrik naqilləri Elektrik Qurğularının Quraşdırılması Qaydalarına (EQQQ) uyğun çəkilməyib.

Elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətinin yoxlanılması ilə bağlı akt da tərtib edilməyib. Eyni zamanda, obyektin tikintisində istifadə olunan taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması barədə sənəd təqdim olunmayıb. Bina norma və standartlara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və ümumilikdə binada cəmi bir ədəd odsöndürən balonun olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə "Quba Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Əliyar Sərvərov İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 manat məbləğində cərimə olunub.

Oxşar xəbərlər

Qubada yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb - VİDEO
Qubada yanğın təhlükəli istirahət mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO
Xaçmazda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb
Nəsimi rayonunda “Kəndli yarmarkası”nın fəaliyyəti dayandırılıb - VİDEO
Qubada yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar