Moskva vilayətində Ukraynanın PUA hücumu nəticəsində 2 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Moskva vilayətində Ukraynanın PUA hücumu nəticəsində 2 nəfər yaralanıb


Moskva vilayətində Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində bir kişi və bir qadın yaralanıb.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Vorobyov bildirib.

Onun sözlərinə görə, gecə saatlarında Moskva vilayəti ərazisində- Zaraysk, Odintsovo, Domodedovo, İstra və Solneçnoqorskda 9 PUA vurulub.

"Təəssüf ki, yaralananlar olub. İstradakı "Yubileiny" SNT sakinləri olan bir kişi və bir qadın yaralanıb. Hazırda onlara yardım göstərilir. Yaşayış binasına da ziyan dəyib"

Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Oxşar xəbərlər

Moskva vilayətinə PUA-lar hücum edib, ölən var
Ukraynanın Moskvaya PUA hücumu nəticəsində iki nəfər ölüb, 18 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO
Rusiya Kiyevə kamikadze dronlarla hücum edib: yaralananlar var
Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub
May ayında yağan anomal qar Moskva vilayətində 400-dən çox yaşayış məntəqəsini işıqsız qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər