Zaxarova: Parisə beynəlxalq hüquq ancaq başqasına təzyiq göstərmək üçün lazımdır
sizinxeber.az xəbər saytı

Zaxarova: Parisə beynəlxalq hüquq ancaq başqasına təzyiq göstərmək üçün lazımdır


Parisə beynəlxalq hüquq ancaq başqasına təzyiq göstərmək üçün lazımdır. Fransanın beynəlxalq hüquq barədə dedikləri ancaq sözdədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, BMT-nin dekolonizasiya ilə bağlı xüsusi komitəsi Fransa poleneziyasına özü idarə olunmayan ərazi kimi baxır. "BMT Baş Assambleyası 20 il bundan öncə bu arxipelaqın xalqının öz müqəddəratını təyin etmək və müstəqillik hüququnu təsdiq edən qətnamə qəbul edib. Demokratik dəyərlərlə yaşayan Fransa isə bunu iqnor edir. Fransa poleneziyada müstəqilliklə bağlı referendum keçirmək istəyən yerli əhaliyə güzəştə getmək niyyətində deyil. Fransanın beynəlxalq hüquq barədə dedikləri ancaq sözdədir. Beynəlxalq hüquq onlara ancaq başqasını tənqid edəndə, təzyiq göstərəndə lazımdır. O zaman onlar insan hüquqlarını, beynəlxalq hüququ xatırlayırlar. Fransa hakimiyyəti dekolonizasiya məsələsi ilə bağı əməkdaşlıqdan imtina edir. Onlar özlərini elə aparırlar ki, elə bil, BMT sistemində belə profil orqanı mövcud deyil. Bu, Yelisey sarayının beynəlxalq hüquqa həqiqi münasibətini göstərir. Elə təəssürat var ki, Paris öz problemlərini görmür".

Zaxarova Fransa poleneziyasının tarixindəki faciəvi səhifə olan məqamdan da danışıb. Xatırladıb ki, bu ədalat 30 il ərzində Fransa nüvə silahının sınaq poliqonu olub: "O ki qaldı bu nüvə sınaqlarının nəticələrinə, bu sual hələ də açıq qalır və Yelisey sarayı bu suala cavab vermək istəmir".

Rusiya XİN sözçüsü Yelisey sarayına, rəsmi Parisə və fransalı diplomatlara məsləhət də görüb: "Problemləri necə həll etmək, beynəlxalq münasibətlərə necə söykənməklə bağlı başqalarına mühazirə oxumazdan öncə, öz problemlərinlə məşğul olun".

Oxşar xəbərlər

Zaxarova Fransa XİN başçısının Moskvanın İrəvana təzyiq göstərməyə çalışması barədə bəyanatına münasibət bildirib
Zaxarova rusiyalı politoloqun Ermənistana girişinə qadağa qoyulmasına münasibət bildirib
Zaxarova: Makronun Pavel Durovla bağlı fikirləri Parisin söz azadlığını məhv etdiyini göstərir
Rəsmi Moskva Lavrov-Mirzoyan danışıqlarının bəzi detallarını açıqlayıb
Rusiya XİN ölkə vətəndaşlarını ABŞ-yə səfərdən çəkinməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər