Rusiyada saxlanılan erməni iş adamı ekstremizmə görə yoxlanılacaq - YENİLƏNİB-1
Erməni əsilli iş adamı Areqa Şepixin ekstremizmə görə yoxlanılacaq.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ekstremizmə Qarşı Mübarizə Baş İdarəsi Areqa Şepixinin Çeçenistan sakinlərinə ünvanlanmış təxribat xarakterli bəyanatlarla bağlı videolarını araşdıracaq.
Yoxlama çərçivəsində zəruri ekspertizaların təyin olunacağı da bildirilib.
13:40
Areq Şepixinin oğurlanması ilə bağlı 6 nəfər saxlanılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 3-də axşam saatlarında Moskva polisi Yaroslavl vağzalında ictimai rezonans doğuran insidentin 6 iştirakçısını saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
***
13:01
Çeçenistan hakimiyyəti erməni əsilli Areq Samveloviç Şepixinin qaçırılmadığını, saxlanıldığını açıqlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev özünün Teleqram kanalında yazıb ki, Çeçenistan Daxili İşlər Nazirliyi dünən Yaroslavski dəmir yolu vağzalından “Mercedes” markalı avtomobilin yük yerində aparılan Şepixin ilə bağlı araşdırma aparır.
Dudayevin sözlərinə görə, həmin şəxs dəfələrlə etnik təmizləməyə və nasizmə çağırış edib, dini və Allahı təhqir edib, açıq-aşkar ekstremist fikirlər səsləndirib və azyaşlı uşaqları zorlamaq niyyətində olduğunu bəyan edib.
Yazıda qeyd olunur ki, Şepixinə qarşı Rusiya Cinayət Məcəlləsinin beş maddəsi, o cümlədən nasizmin reabilitasiyası, ekstremist fəaliyyətə çağırışlar, nifrət və ya düşmənçiliyin qızışdırılması, zorlama və Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə düşmənə yardım etmək kimi ittihamlar irəli sürülə bilər.
Dudayev Samveloviçin oğurlanması barədə yazan Telegram kanallarını da onun əməllərinə haqq qazandırdığı üçün cinayət işi ilə hədələyib.


width="220" alt="Rusiyada erməni iş adamı ilə bağlı insidentə görə 6 nəfər saxlanılıb - YENİLƏNİB" />
width="220" alt="Rusiya erməni iş adamını ölkəyə buraxmayıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />