Zaxarova: Ukrayna ilə İstanbul danışıqları rus dilində aparılıb
Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqlar rus dilində aparılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən həftə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar rus dilində aparılıb.
Zaxarova Ukrayna nümayəndə heyətinin rus dilində danışdığını söyləyib. Qeyd edib ki, danışıqlar sinxron olaraq ingilis, türk və Ukrayna dillərinə tərcümə olunub.
Rusiya XİN sözçüsü danışıqların Ukrayna dilinə sinxron tərcümə olunmasını anlamadığını, çünki ukraynalı danışıqçıların rus dilində danışdıqlarını əlavə edib.
Oxşar xəbərlər
Zaxarova İstanbulda Ukrayna məsələsi üzrə danışıqların vaxtının dəyişdiyni açıqlayıb
Zaxarova: İstanbuldakı danışıqlarda bütün konstruktiv təklifləri Rusiya irəli sürüb
Bu gün İstanbulda aparılacaq Rusiya-Ukrayna danışıqlarının başlayacağı saat məlum olub
Kreml: Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün sabah İstanbulda olacaq
Zaxarova: Ukraynanın Kurska hücumu Qərbin tam dəstəyi ilə həyata keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













