Moskvada yerləşən çoxmərtəbəli binada partlayış olub, 2 ölü, 15 yaralı - VİDEO - YENİLƏNİB 2
sizinxeber.az xəbər saytı

Moskvada yerləşən çoxmərtəbəli binada partlayış olub, 2 ölü, 15 yaralı - VİDEO - YENİLƏNİB 2


Moskvanın cənub-qərbində yaşayış binasında baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.

Sizinxeber.az-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ən az iki nəfərin öldüyünü açıqlayıb.

***

22:41

Moskvada yaşayış binasında baş vermiş partlayışda yaralananların sayı 15-ə çatıb.

Sizinxeber.az-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, güclü partlayış nəticəsində, mərtəbələr arasındakı hissəyə ciddi ziyan dəyib və girişin (binanın blokunun-red.) tamamilə uçmaq təhlükəsi var.

***

22:25

Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb. Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, General Tyulenev küçəsində yaşayış binasının 9-cu mərtəbəsi yanır.

Partlayışdan sonra üst mərtəbədə yanğın baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri insanları xilas edir, yanğının mənbəyini müəyyənləşdirir.

Partlayışın ilkin səbəbinin qaz sızması olduğu ehtimal olunur.

Oxşar xəbərlər

Moskvada yerləşən çoxmərtəbəli binada partlayış olub, 15 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
Rusiyada qaz sızması nəticəsində binada partlayış olub
Moskvada yaşayış binasında partlayış baş verib, yaralılar var
Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO - YENİLƏNİB-2
Erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ölüb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle