Rusiya səfiri: “3+3” formatı çərçivəsində növbəti görüşlər Yerevan və Bakıda keçirilməlidir
“3+3” formatı çərçivəsində növbəti görüşlər Yerevan və Bakıda keçirilməlidir.
APA xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Onun sözlərinə görə, bu görüşlərin ardıcıllığı tərəflər arasında razılaşdırılacaq.
Diplomat əlavə edib ki, bu formatda yalnız iqtisadi və nəqliyyat məsələləri deyil, eyni zamanda, regional təhlükəsizlik məsələləri də müzakirə oluna bilər:
"Bu sahədə Qərbin təşəbbüslərinə alternativ yanaşmaların irəli sürülməsi mümkündür. Ümid edirik ki, erməni tərəfdaşlar Qərbdəki "rusiyafob" dairələrin onların ölkəsindən Rusiya Federasiyasına qarşı regionda "ikinci cəbhə" açmaq üçün istifadə etməsinə yol verməyəcək və Avrasiya inteqrasiyası proseslərindəki iştiraklarını sarsıtmayacaqlar".
Oxşar xəbərlər
Rusiya səfiri: Ermənistan KTMT-ni tərk etmək fikrində deyil
Rusiya “Zəngəzur dəhlizi”ni dəstəklədiyinə görə bu ölkənin səfiri İran XİN-ə çağırılıb
Boçorişvili: Bütün qonşularla əməkdaşlıq edirik, Rusiya istisna olmaqla
Rusiya və ABŞ Ər-Riyadda Qara dənizdə təhlükəsiz gəmiçiliyə dair danışıqlar aparıb
Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













