Putin qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmə müddətini uzadıb
sizinxeber.az xəbər saytı

Putin qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmə müddətini uzadıb


Rusiyada miqrantlara hüquqi statuslarını tənzimləmək üçün verilən möhlətin vaxtı 133 gün uzadılıb.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada hüquqi statuslarını tənzimləmə müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.

Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı fərmana əsasən, qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmək üçün aprelin 30-dək vaxt verilmişdi.

Bu müddət ərzində hüquqi statusunu tənzimləməyən miqrant mayın 1-dən etibarən Rusiya ərazisindən çıxarılacaqdı.

Oxşar xəbərlər

Putin Rusiyada qanunsuz yaşayan Ukrayna vətəndaşları ilə bağlı fərman imzalayıb
Putin Rusiyada qanunsuz yaşayan Ukrayna vətəndaşları ilə bağlı fərmanimzalayıb
Rusiyada qanunsuz miqrantların reyestrinə indiyədək düşən əcnəbilərin sayı açıqlanıb
Rusiyada olan qanunsuz miqrantların sayı açıqlanıb
Rusiyada qanunsuz miqrantların cinayət törətməsi ağırlaşdırıcı hal kimi tanınacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle