Kreml Putinlə Trampın telefon danışığını istisna etmir, atəşkəs məsələsində isə tələsmir
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığını istisna etməyib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Peskov bugünkü brifinqdə belə bir ehtiyac yaranacağı təqdirdə, Putin-Tramp telefon danışığının çox tez təşkil olunacağını bildirib.
"Amerikalılarla dialoq üçün mövcud kanallar bunu kifayət qədər qısa müddət ərzində etməyə imkan verir”, - Kremlin sözçüsü vurğulayıb.
O, Ukraynada 30 günlük atəşkəs təklifi ilə bağlı suala isə belə cavab verib: “Rusiya təklif olunan atəşkəs məsələsində qabağa qaçmaq istəmir. Əvvəlcə ABŞ-dən məlumat almaq lazımdır".
Peskov nadir torpaq metallarının hasilatı sahəsində Rusiya və ABŞ arasında mümkün əməkdaşlıq məsələsi də münasibət bildirib. O, bu barədə hələ ki heç bir danışığın aparılmadığını əlavə edib.
Oxşar xəbərlər
Peskov Putinlə Tramp arasında telefon danışığı iddialarını təkzib edib
Kreml: Putinlə Tramp arasında yeni telefon danışığı olmayıb
Kreml: Putin-Tramp görüşü üçün hazırlıq gedir
Peskov: Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir
Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













