Rusiya Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb
Rusiya İstintaq Komitəsi şair Mixail Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Nikolay Burlyaev məlumat verib.
“İstintaq Komitəsindən cavab gəlib, əsaslı birgə işə, o cümlədən texniki işlərə başlanılıb. Biz onun gedişi və nəticələri barədə məlumat verəcəyik”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Burlyayev Rusiya Federasiyasının İstintaq Komitəsinə müvafiq sorğu ilə müraciət göndərib. Sorğuda bildirilib ki, uzun illər lermontovşünaslar, kriminoloqlar, ballistik mütəxəssislər və həkimlər şairin ölümündən dərhal sonra 1841-ci ildə aparılan istintaqın düzgün aparılmadığını qeyd ediblər.
Burlyaevin sözlərinə görə, Lermontovun ölümü duel deyil, qətl nəticəsində baş verib.
Xatırladaq ki, şair Mixail Lermontov qısa ömür sürmüş və 26 yaşında vəfat etmişdir. Rəsmi versiyaya görə, şair dueldə ölüb.
İstefada olan mayor Nikolay Martınovla ölümcül duel 1841-ci il iyulun 21-də Maşuk dağının ətəyində baş verib.
Oxşar xəbərlər
Putin Lermontovun şeiri haqda yarım saat danışdı - Niinistö
Moskvada istintaqı gedən bir qrup azərbaycanlı tələbənin ekstremist şüar səsləndirmədiyi məlum olub
Moskvada məhkəməsi gedən bir qrup azərbaycanlı tələbənin ekstremist şüar səsləndirmədiyi məlum olub
Polad Bülbüloğlu Zatulinin təxribatçı videomüraciəti ilə bağlı Rusiya Dumasının sədrinə məktub göndərib
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada açılmış cinayət işini İstintaq komitəsinin Baş idarəsi aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













