Rusiya XİN: AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib
sizinxeber.az xəbər saytı

Rusiya XİN: AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib


"Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirirəm. Prezidentlər daim təmasdadırlar. Etibarlı münasibətlərimiz var. İki ölkə arasında bağlı məsələlər mövcud deyil".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan yeni, qarşılıqlı faydalı birgə layihələrin axtarışı üçün intensiv işləyirlər.

Lavrov qeyd edib ki, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq mövcuddur: "Xəzəri dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaratmışıq, ora digər Xəzəryanı ölkələri dəvət etməyi planlaşdırırıq. Təhlükəsizlik sahəsində də əməkdaşlıq edirik. İki ölkənin silahlı qüvvələri və xüsusi xidmət orqanları arasında təmaslar var".

Rusiya XİN başçısı Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını, Azərbaycan təyyarəsinin qəzaya uğramasını göstərib.

Lavrov jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb. O, həmin məlumatların “qara qutu”ların məlumatları ilə faktiki olaraq təsdiqini tapmadığını söyləyib

Lavrov bildirib ki, Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib.

Onun sözlərinə görə, bu, təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir.

Lavrov Azərbaycan tərəfinin təyyarə qəzasının araşdırılmasında Rusiya tərəfinin iştirakını dəstəkləməsini Moskvanın qiymətləndirdiyini əlavə edib.

Oxşar xəbərlər

Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə görüşüb
Lavrov Rusiya və İran arasında bağlanacaq sazişin imzalanmağa hazır olduğunu bildirib
Lavrov: Rusiya Gürcüstan, Cənubi Ostetiya və Abxaziyanı barışdırmağa hazırdır
Rusiya XİN: KXDR ilə Strateji Tərəfdaşlıq Sazişi Avrasiyada sabitləşdirici rol oynamağa hesablanıb
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər