Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib
Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin birgə qoşun qruplaşmasının rəhbərliyi ilə görüşüb.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, görüş Müdafiə Nazirliyinin komanda məntəqələrindən birində baş tutub.
Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskidən Kursk vilayəti ərazisini işğal etmiş düşmən qüvvələrinə qarşı mübarizə və onların məhv edilməsi üçün görülən tədbirlər, habelə xüsusi əməliyyatın hazırkı nəticələri haqqında məruzələrini dinləyib.
Prezident hərbi dəstələrin komandirlərinin onlara həvalə edilmiş ərazilərdə əməliyyat şəraiti ilə bağlı telefonla məruzələrini də dinləyib.
Oxşar xəbərlər
Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb
Putin Kurska hücuma görə Ukraynaya cavab veriləcəyini deyib
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib
Vladimir Putin Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Ukraynanın Rusiyanın Kursk vilayətinə dron hücumunda iki nəfər ölüb, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













