Lavrov Putinin Zelenski ilə görüşməsi üçün şərtləri açıqlayıb
sizinxeber.az xəbər saytı

Lavrov Putinin Zelenski ilə görüşməsi üçün şərtləri açıqlayıb


“Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib, lakin bunun üçün, ilk növbədə, nazirlər və ekspertlər ən yüksək səviyyədə baxılmalı olan məsələləri işləməlidirlər”.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Prezidentimiz dəfələrlə bildirib ki, ən yüksək səviyyədə nəzərdən keçirilməsi tələb olunan bütün məsələlərin yaxşı işlənəcəyi, ekspertlərin və nazirlərin lazım olan tövsiyələri hazırlayacağı halda o cümlədən cənab Zelenski ilə görüşməyə hazırdır. Təbii ki, bu anlayışla ki, nə vaxt və məsələ müqavilələrin imzalanması mərhələsinə gəlib çıxacağı halda onu Ukrayna tərəfdən imzalayacaq şəxsin legitimliyi məsələsi həll olunarsa...”, - Lavrov qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Zelenski 3 il əvvəl Putinlə danışıqları birbaşa qadağan edən fərmanını ləğv etməyib.

“Aydındır ki, onun Rusiya lideri ilə sammitin təşkili mövzusundakı fəaliyyəti nizamlanma prosesinə guya konstruktiv yanaşdığını göstərmək məqsədi daşıyır, əslində isə, sadəcə olaraq böhranın davamlı həlli prinsiplərinin razılaşdırılması kimi ciddi, çətin və gərgin əməyi Şən və Hazırcavablar Klubu üslubunda bu cür effektlərlə əvəzləmək istəyir”, - deyə Lavrov vurğulayıb.

Oxşar xəbərlər

Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram
Lavrov Zelenskinin legitimliyi məsələsinin niyə vacib olduğunu izah edib
Lavrov: Rusiya sülh yolu ilə nizamlanma prosesinə sadiqdir
Zelenski: Biz Putinlə üçtərəfli görüşlərə hazırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər