Lavrov: Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirmək istəməyib
sizinxeber.az xəbər saytı

Lavrov: Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirmək istəməyib


Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirməyi hədəfləməyib, əsas vəzifə rus insanlarını qorumaq olub.

Sizinxeber.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına verdiyi müsahibədə bildirib.

“Bir daha xüsusi vurğulamaq istəyirəm ki, biz heç vaxt sadəcə müəyyən torpaqları ələ keçirməkdən danışmamışıq. Nə Krım, nə Donbas, nə də Novorossiya torpaqları bizim məqsədimiz olmayıb. Məqsədimiz bu torpaqlarda əsrlər boyu yaşayan, bu torpaqları kəşv edən, onlar üçün qanını axıdan, həm Krımda, həm Donbasda Odessa, Nikolayev və digər şəhərlər, limanlar, zavodlar, fabriklər tikən rus insanlarını qorumaq olub”, — deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Lavrov: Rusiyanın heç vaxt hər hansı torpaqları ələ keçirmək məqsədi olmayıb
Lavrov: Rusiya və ABŞ heç vaxt Moskva və Pekin münasibətlərini müzakirə etməyib
Lavrov: Rusiya Ukrayna məsələsində ABŞ-la təmasları davam etdirir
Lavrov: 2014-cü ildə çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalardı
XİN: Krım və bütün işğal olunmuş ərazilər Ukraynadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər