Lavrov: Rusiyanın heç vaxt hər hansı torpaqları ələ keçirmək məqsədi olmayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
avq
2025
14:00

Lavrov: Rusiyanın heç vaxt hər hansı torpaqları ələ keçirmək məqsədi olmayıb

19 avq, 2025
14:00
283

Lavrov: Rusiyanın heç vaxt hər hansı torpaqları ələ keçirmək məqsədi olmayıb

Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirməyi hədəfləməyib, əsas vəzifə rus insanlarını qorumaq olub.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına verdiyi müsahibədə bildirib.

“Bir daha xüsusi vurğulamaq istəyirəm ki, biz heç vaxt sadəcə müəyyən torpaqları ələ keçirməkdən danışmamışıq. Nə Krım, nə Donbas, nə də Novorossiya torpaqları bizim məqsədimiz olmayıb. Məqsədimiz bu torpaqlarda əsrlər boyu yaşayan, bu torpaqları kəşv edən, onlar üçün qanını axıdan, həm Krımda, həm Donbasda Odessa, Nikolayev və digər şəhərlər, limanlar, zavodlar, fabriklər tikən rus insanlarını qorumaq olub”, — deyə nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın