Kreml Trampın Rusiyaya 10-12 gün möhlət verməsi ilə bağlı bəyanatına münasibət bildirib
sizinxeber.az xəbər saytı

Kreml Trampın Rusiyaya 10-12 gün möhlət verməsi ilə bağlı bəyanatına münasibət bildirib


Kreml ABŞ prezidenti Donald Trampın Ukrayna ilə sülhə nail olmaq üçün Rusiyaya verdiyi möhləti 10-12 günə endirməsi ilə bağlı bəyanatına reaksiya verib.

Sizinxeber.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın öz maraqlarını nəzərə almaqla, münaqişənin sülh yolu ilə həll edilməsinə fokuslandığını bildirib.

Peskov Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü barədə xəbərləri şərh edərkən hazırda belə bir məsələnin müzakirə olunmadığını bəyan edib.

Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi.

Oxşar xəbərlər

Kreml: Münaqişənin sülh yolu ilə həllinə fokuslanmışıq
Kreml: Putin Trampın nümayəndəsi Uitkoffla görüşəcək
Kreml Trampın Moskvaya qarşı mümkün sanksiyalarla bağlı açıqlamalarını şərh edib
Kreml: ABŞ-la yox, Ukrayna ilə razılaşma əldə olunmalıdır
Kreml İranın Rusiyaya raket tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər