Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın tələblərini açıqlayıb
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın nələri tələb etdiyini açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrovun sözlərinə görə, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, Rusiyaya qarşı iddiaların geri çəkilməsi və Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvi, aktivlərin geri qaytarılması sülh sazişində yazılmalıdır.
Lavrov qeyd edib ki, Rusiya Ukrayna münaqişəsinin siyasi və diplomatik yolla həllinə açıq olub və indi də açıq qalır.
O vurğulayıb ki, münaqişənin köklü səbəblərini aradan qaldırmadan davamlı həll mümkün deyil: “Ukrayna öz dövlətçiliyinin mənşəyinə qayıtmalı və onun hüquqi əsasını yaradan sənədlərin ruhuna və hərfinə əməl etməlidir”, – Rusiya XİN başçısı Macarıstanın “Magyar Nemzet” qəzetinə müsahibəsində bildirib.
Oxşar xəbərlər
Lavrov: ABŞ Ukraynanın əli ilə Rusiyaya hücum edib
Lavrov: Moskva Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlara hazırdır
Lavrov: Rusiya Ukrayna məsələsində ABŞ-la təmasları davam etdirir
Lavrov: Ukrayna və Aİ atəşkəs tələb edir, çünki Ukrayna məğlub olur
Lavrov: Rusiya ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək istəyini görür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













