Tramp İrana zərbə endirmək niyyəti barədə Putini məlumatlandırmayıb
sizinxeber.az xəbər saytı

Tramp İrana zərbə endirmək niyyəti barədə Putini məlumatlandırmayıb


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp son söhbətlərində dəfələrlə İsrail-İran münaqişəsini müzakirə ediblər, lakin Amerika lideri rusiyalı həmkarına İslam Respublikasına zərbə endirmək niyyəti barədə məlumat verməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Heç bir detallı məlumatlandırma olmayıb. İran mövzusu prezidentlər tərəfindən son danışıqlarda dəfələrlə müzakirə olunub, Rusiya müəyyən təkliflər səsləndirib, lakin bu barədə birbaşa ətraflı məlumatlandırma olmayıb”, - Kremlin sözçüsü Peskov əlavə edib.

Peskov Putinlə Tramp arasında yaxın vaxtlarda təmasların mümkünlüyü barədə danışıb. Bildirib ki, Putinlə Amerika lideri arasında istənilən vaxt təmaslar mümkündür: "Prezidentlər məqsədəuyğun hesab edərsə, təmaslar hər an mümkündür. Hazırda bununla bağlı plan yoxdur".

Oxşar xəbərlər

Kreml: Telefon danışığı zamanı Putin-Tramp görüşü ilə bağlı heç bir razılıq əldə olunmayıb
Peskov: Trampla telefon danışığında Putin-Zelenski təması müzakirə olunub
Kreml Putinlə Trampın xüsusi nümayəndəsinin görüşünün bəzi təfərrüatlarını açıqlayıb
Kreml: Tramp və Putin arasında telefon danışığı baş tutub - YENİLƏNİB
Kreml: Tezliklə Tramp-Putin görüşü ilə bağlı iş başlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər