sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Əfqanıstanda neft anbarı yaxınlığında partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB
Əfqanıstanın paytaxtı Kabilin qərbində dövlət neft anbarı yaxınlığında avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, 11 yaralanıb.
Sizinxeber.az report-a istinadən xəbər verir ki, bu barədə "TOLO News" telekanalı Kabil Polis İdarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, avtomobil Daşt-e Bərçi ərazisində partladılıb.
"Hasht-e Subh" qəzetinin məlumatına əsasən, avtomobildə azı 20 nəfər olub. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
Bundan əvvəl “Etilaatroz” qəzeti Kabilin qərbində dövlət neft anbarının ərazisində partlayış baş verdiyini yazıb.
*** 17:43
Əfqanıstanın paytaxtı Kabilin qərbində dövlət neft anbarı yaxınlığında avtomobil partlayıb.
Sizinxeber.az report-a istinadən xəbər verir ki, bu barədə "Etilaatroz" qəzeti məlumat yayıb.
Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisənin səbəbi və itkilərin sayı barədə təfərrüatlar açıqlanmayıb.
"Taliban" hələlik insidentlə bağlı şərh verməyib.
Sizinxeber.az
Oxşar xəbərlər
Əfqanıstanda neft anbarı yaxınlığında partlayış olub
Pakistanın cənub-qərbində partlayış baş verib, ölənlər var
ABŞ-ın Suriyadakı bazalarına hücum edildi: itkilər var
ABŞ-də partlayış olub, ölən və yaralananlar var
KİV: Somalidə güclü partlayış olub, ölən və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













