Mask iğtişaşlara görə Böyük Britaniya parlamentinə çağrıla bilər
sizinxeber.az xəbər saytı

Mask iğtişaşlara görə Böyük Britaniya parlamentinə çağrıla bilər




Amerikalı milyarder İlon Mask ölkəni bürüyən miqrantlara qarşı etirazlarda onun "X" sosial şəbəkəsinin rolu barədə deputatlar qarşısında çıxış etmək üçün Britaniya parlamentinə çağırıla bilər.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, Leyborist Partiyasının deputatları Çi Onvura və Don Batler Mask və digər sosial şəbəkə sahiblərini parlament üzvlərinin suallarına cavab verməyə məccbur etmək niyyətindədir. Onlar, yeniyetmənin rəqs studiyasına etdiyi hücumdan sonra baş verən və üç uşağın həyatını itirdiyi iğtişaşlarda onlayn platformaların rolunu öyrənmək istəyirlər.

Nəşr qeyd edir ki, hücumdan sonra "X" sosial şəbəkəsində təcavüzkarın mənşəyi barədə şayiələr yayılıb. O, səhvən Böyük Britaniyaya yenicə gəlmiş sığınacaq axtaran şəxs kimi tanınıb və immiqrantlara qarşı iğtişaşlara səbəb olub.

Sizinxeber.az

Oxşar xəbərlər

Mask Maduro ilə döyüşməyə razılaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlon Mask “X” sosial şəbəkəsini boykot edənlərə “müharibə” elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlon Mask robot sevgilisi ilə şam yeməyi yeyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlon Mask Marsa bir milyon insan göndərməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər