Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - FOTO - YENİLƏNİB




Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.
 
Sizinxeber.az report-a istinadən xəbər verir ki, atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.
 
Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub.
 
Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub və final mərhələsinə adını yazdırıb.
 
Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.
 
*** 13:15
Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan mübarizəyə start verib.
 
Sizinxeber.az report-a istinadən xəbər verir ki, A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr nəticə göstərib.
 
O, ikinci cəhdində isə çəkici 69,04 metr məsafəyə atıb. İdmançımız üçüncü cəhdində 72.55 metr nəticə ilə yadda qalıb. Atletimiz bu nəticələrə görə hazırda 3-cü pillədə qərarlaşıb və finala çıxmaq şanslarını saxlayıb.
 
Onun finala vəsiqə qazanıb-qazanmayacağı B qrupundakı nəticələrdən sonra məlum olacaq.
 
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


Sizinxeber.az
QALEREYA

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında mübarizəyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Anna Skidan finala yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan atıcısı 25 metr məsafəyə atəşaçma yarışında mübarizəyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər