Sumı vilayətinin rəhbəri: Təxminən 20 min abonentin enerji təchizatı yoxdur
sizinxeber.az xəbər saytı

Sumı vilayətinin rəhbəri: Təxminən 20 min abonentin enerji təchizatı yoxdur


Silahlı qüvvələrimiz, təhlükəsizlik və müdafiə qüvvələri mövqelərini möhkəm saxlayırlar.

Bunu Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov "Report"un Şərqi Avropa bürosuna Rusiya ordusunun bu istiqamətdə aktiv hücumlarını şərh edərkən bildirib.

"Vilayət hərbi administrasiyasının rəhbəri kimi hərbi komandanlıqla əlaqə və bağlantım var. Sumı vilayət administrasiyası bütün beynəlxalq tərəfdaşlarla çox fəal əməkdaşlıq edir, ilk növbədə humanitar məsələlərin həllində 100% dəstəyini hiss edirik. Prioritet məcburi köçkünlər üçün mənzil tikintisidir. Hazırda BMT-də bir neçə layihəmiz başladılıb", - vilayət rəhbəri vurğulayıb.

O qeyd edib ki, təhlükəsizlik komponenti və atəşlərə baxmayaraq, müvafiq xidmətlər çalışırlar: "Mövcud risklərə baxmayaraq, qəza briqadaları sistemli və məhsuldar işləyir. Təhlükəsizlik komponentinə baxmayaraq, bərpa işləri aparılır. Ümumilikdə vilayətdə təxminən 20 min abonentin enerji təchizatı yoxdur", - əlavə edib.

Oxşar xəbərlər

Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb
Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var
 Zelenski məsuliyyətsizlikdə ittiham olunan vilayət rəhbərini vəzifəsindən azad edib
Rusiya Dneprə zərbə endirib, ölənlər və yaralananlar var
Rusiyanın Mirnoqrada endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər