Zelenski: Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklikləri olub
Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklikləri barədə məlumat verib.
"Report"un xəbərinə görə, bu barədə o, axşam çıxışında bildirib.
"Mixail Drapatıy xüsusi olaraq döyüş məsələlərinə diqqət yetirəcək və Birləşmiş Qüvvələr komandiri təyin edilib ki, o, cəbhə ilə məşğul ola bilsin. Quru qoşunları sisteminə, xüsusən təlim, hazırlıq və bununla bağlı digər vəzifələrə gəlincə, onlarla başqa şəxs məşğul olacaq", - Zelenski bildirib.
Onun sözlərinə görə, Oleq Apostol Hava Desant Hücum Qüvvələrinin yeni komandiri, Robert Brovdi isə Pilotsuz Sistemlər Qüvvələrinə rəhbəri olub. Həmçinin Vadim Suxarevski “Sxid” operativ komandanlığı komandirinin müavini, İqor Skibyuk isə Baş Qərargah rəisinin müavini təyin edilib.
Oxşar xəbərlər
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib
Zelenski Ukraynanın diplomatik korpusunda kadr dəyişikliyi edib
Zelenski Rusiya ilə danışıqlar üçün Ukrayna nümayəndə heyətinin tərkibini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
