KİV: ABŞ və İraq koalisiya qoşunlarının respublika ərazisindən çıxarılması ilə bağlı razılığa gəlməyə yaxındır
ABŞ və İraq Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiya qoşunlarının ölkə ərazisindən çıxarılması ilə bağlı razılığa gəlməyə yaxındır.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə "The National" qəzeti məlumat yayıb.
“İndi onlar (ABŞ və İraq) sazişin bağlanmasının son mərhələsindədirlər”, - Vaşinqtonda danışıqlarda iştirak edən İraq nümayəndə heyətinin üzvü Cavad əl-Bulani nəşrə bildirib.
Qəzetin İraq hökumətinə yaxın mənbələrinin məlumatına görə, Bağdad və Vaşinqton koalisiya missiyası çərçivəsində İraqda yerləşdirilmiş ABŞ qoşunlarının qismən çıxarılmasına başlamaq barədə razılığa gəlib. Beynəlxalq və ABŞ qüvvələrinin bir hissəsi yeni təhlükəsizlik sazişlərinə uyğun olaraq ölkə ərazisində qalacaq.
Oxşar xəbərlər
İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə edəcək
İraq Suriya ilə Türkiyəni barışdırmaq istəyir
Azərbaycan lideri İraq Prezidentinə təbrik məktubu göndərib
Azərbaycan və İraq prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb
Türkiyə ordusu İraq və Suriyada daha yeddi terrorçu öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













