Sorğu: Almanların təxminən üçdə ikisi AfD-nin qadağan edilməsini dəstəkləyir
sizinxeber.az xəbər saytı

Sorğu: Almanların təxminən üçdə ikisi AfD-nin qadağan edilməsini dəstəkləyir


Almanların təxminən üçdə ikisi "Almaniya üçün Alternativ" partiyasını (AfD) sağçı ekstremist partiya hesab edir və əhalinin, demək olar, yarısı onu qadağan etmək istəyir.

"Report" xəbər verir ki, bunu "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri göstərir.

Araşdırmaya görə, respondentlərin 48%-i AfD-nin qadağasını müəyyən qədər dəstəklədiyini, 37%-i əleyhinə olduğunu, 8%-i cavab verməkdə çətinlik çəkdiyini, daha 7%-i isə biganə qaldığını bildirib. Eyni zamanda, 39% AfD-yə qadağanın Almaniyada demokratiyaya daha çox zərər verəcəyinə əmindir, 35% əks fikirdədir, 16% hər hansı nəticə gözləmir. Digər 8% isə cavab verməyib.

Respondentlərin 61%-i AfD-nin sağçı ekstremist partiya olduğunu, 31%-i belə düşünmədiyini, 8%-i isə qiymətləndirməkdə çətinlik çəkdiyini bildirib.

Xatırladaq ki, cümə günü Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarə “Almaniya üçün Alternativ”i ideologiyası demokratik azadlıqlarla bir araya sığmayan sağçı ekstremist təşkilat kimi təsnif edib. Təşkilat hələ qadağan edilməyib - bunu yalnız Federal Konstitusiya Məhkəməsi edə bilər.

Oxşar xəbərlər

Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
Sorğu: Almanların 70%-i hazırkı hökumətin işindən narazıdır
Bundestaq “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi ilə bağlı müraciətə baxacaq
Almaniyanda sağçıların reytinqi mart ayından bəri ilk dəfə 20%-ə yüksəlib
Sağçı partiya: Almaniya Aİ və avro sistemindən çıxmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle