ABŞ Prezidentinin xüsusi elçisi: Zelenski Trampdan üzr istəyib
sizinxeber.az xəbər saytı

ABŞ Prezidentinin xüsusi elçisi: Zelenski Trampdan üzr istəyib


ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Ukrayna lideri Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı baş vermiş qalmaqalla bağlı Ağ Ev rəhbərindən üzr istədiyini açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə amerikalı diplomat “Fox News” telekanalına müsahibəsində danışıb.

“Zelenski Prezidentə məktub göndərib. O, Oval kabinetdə baş vermiş hadisə ilə bağlı üzr istəyib”, – Uitkoff iddia edib.

O bunun mühüm addım olduğunu vurğulayıb.

Ukrayna Prezidentinin Ofisi Uitkoffun bəyanatını hələlik şərh etməyib.

Xatırladaq ki, iki ölkə liderinin Vaşinqtonda görüşü qalmaqalla sonuclanmışdı. Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırmış, buna cavab olaraq Tramp isə Ukraynanın “çətin vəziyyətdə” olduğunu və onun “əlində güclü kartlar” olmadığını söyləmişdi. Dialoqa həmçinin ABŞ vitse-prezidenti Cey Di Vens də qarışmış, Ukrayna liderinə üz tutaraq Kiyevin “heç olmasa bir dəfə də olsun minnətdar” olub-olmadığını sual etmişdi.

Tramp Ukrayna əsgərlərinin inanılmaz cəsarət göstərdiklərini, lakin ABŞ-nin döyüş əməliyyatlarına son qoymaq və pulları “digər məqsədlərə, məsələn, bərpa işlərinə yönəltmək” istədiyini vurğulamışdı.

Daha sonra ABŞ-nin dövlət başçısı “Truth Social” sosial şəbəkəsində Zelenskinin “sülhə hazır olmadığını” qeyd etdiyi paylaşım etmişdi. Bundan sonra Ukrayna lideri Ağ evi tərk etmişdi.

Bir sıra Avropa liderləri Zelenskiyə dəstəklərini ifadə etmişdilər.

Oxşar xəbərlər

ABŞ Prezidentinin xüsusi elçisi Zelenskinin Trampdan üzr istədiyini iddia edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Ağ Evdəki mübahisəyə görə Trampdan üzr istəyib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Prezidenti: Tramp güclü adamdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər