Serbiyada mədəniyyət nazirinə hücum edən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Serbiyada mədəniyyət nazirinə hücum edən şəxs saxlanılıb


Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin mədəniyyət nazirinə hücum edən şəxsin saxlanıldığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Tanjug” agentliyi məlumat yayıb.

“Biz o alçağı tutduq. <...> Serbiyada zorakılığı sevən hər kəs həbsxanaya gedəcək”, – dövlət başçısı Smederevo şəhərində sakinlərlə görüş zamanı bildirib.

Zərərçəkmiş nazir Nikola Selakoviç hücumçunun ona yumruqla sifətinə zərbə endirdiyini deyib. Hadisə zamanı o, söyüş söyərək siyasi xarakterli ittihamlar səsləndirib.

Qeyd edək ki, ötən gün Prezident Vuçiç etiraz aksiyaları zamanı mədəniyyət nazirinə hücum edildiyini açıqlamışdı.

Oxşar xəbərlər

Serbiyada etirazlar zamanı nazirinə hücum edilib
Serbiyada etirazlar zamanı nazirə hücum edilib
Vuçiç: Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq
Serbiyada bomba sığınacaqları sistemi yoxlanılacaq
Serbiyada BRICS-ə qoşulmaq məsələsi ilə bağlı referendum keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər