ABŞ Ukraynaya əlavə hərbi yardım ayıra bilər
sizinxeber.az xəbər saytı

ABŞ Ukraynaya əlavə hərbi yardım ayıra bilər


ABŞ administrasiyası bu həftə Ukraynaya 225 milyon dollar məbləğində yeni hərbi yardım paketinin ayrılmasını elan edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bu, iyunun 6-da Amerika lideri Cozef Baydenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığı Normandiyada müttəfiqlərin gəlişinin 80-ci il dönümü münasibəti ilə bağlı keçiriləcək tədbirdə və ya iyunun 7-də açıqlana bilər.

Paketə hansı silahların daxil ola biləcəyi hələ dəqiqləşdirilməyib.

Rusiya Prezidenti Vladimir Putin isə vurğulayıb ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, ancaq münaqişənin uzanmasına gətirib çıxaracaq.

Oxşar xəbərlər

ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
Almaniyanın Ukraynaya daha bir hərbi yardım paketi vəd edib
Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib
KİV: ABŞ Ukraynaya yeni yardım paketini elan edə bilər
ABŞ Ukraynaya Krıma daha effektiv zərbələr endirmək üçün yeni raketlər verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər