Ağ ev: ABŞ Rusiyanı rəqib və əleyhdar hesab edir
ABŞ Rusiyanı rəqib və bəzən əleyhdar kimi qəbul edir, lakin müxtəlif ikitərəfli əməkdaşlığı istisna etmir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karolayn Livitt brifinqdə bildirib.
Ondan ABŞ-nin hazırkı başçısı Donald Trampın Rusiyaya və onun Prezidenti Vladimir Putinə münasibətini “müttəfiq, tərəfdaş, rəqib, yoxsa əleyhdar” kimi qəbul etdiyini dəqiqləşdirməyi istənilib.
“Hesab edirəm ki, bu ölkə Putini və Rusiyanı regionda böyük rəqib, bəzən isə əleyhdar kimi görür. Lakin, Prezident Trampın da qeyd etdiyi kimi, o, dünya liderləri ilə yaxşı diplomatik əlaqələrinin olmasından və ortaq məxrəc axtarışından məmnundur”, – Ağ evin rəsmi nümayəndəsi cavab verib.
Xatırladaq ki, daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov tərəflər arasında telefon danışığının baş tutduğunu açıqlamışdı. Tramp isə Putinlə “məhsuldar” telefon danışığı barədə məlumat vermiş və “dərhal danışıqlara başlamaq” niyyətini vurğulamışdı.
Oxşar xəbərlər
Ağ Ev: ABŞ Rusiyanı rəqib və bəzən düşmən hesab edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Tramp və Putin arasındakı telefon danışığını müsbət qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp və Zelenski arasında telefon danışığı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov Putinlə Tramp arasında telefon danışığı iddialarını təkzib edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













