Husilər BMT əməkdaşlarını girov götürüblər
sizinxeber.az xəbər saytı

Husilər BMT əməkdaşlarını girov götürüblər


Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatda bildirilib.

Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.

"BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər", - bəyanatda qeyd olunub.

Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.

Oxşar xəbərlər

Husilər Qırmızı dənizdə ABŞ-nin aviadaşıyıcı gəmisinə növbəti dəfə hücum edib
Husilər İsrailin “Orot Rabin” elektrik stansiyasına hücum ediblər
Husilər Amerikanın “MQ-9 Reaper” dronunu məhv etdiklərini açıqlayıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar