İsrail atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib, təfərrüatlar açıqlanıb
Baş nazir Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin “HƏMAS” hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” bəyanata istinadən məlumat yayıb.
Qeyd olunub ki, sazişin təsdiqi üçün təhlükəsizlik nazirləri kabineti, daha sonra isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.
Əldə edilən saziş üç mərhələdə həyata keçiriləcək. Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalını və cənubunu birləşdirən Netsarim dəhlizindən və sərhəddən təxminən 700 metr məsafədə yerləşən anklavın bütün məskunlaşdığı ərazilərdən qoşunlarını çıxaracaq. Yalnız məsafənin 400 metr olacağı beş konkret sahə istisna olmaqla.
İsrail ordusu da Filadelfiya dəhlizindəki mövcudluğunu azaldacaq və sonra ilk 50 gün ərzində onu tamamilə tərk edəcək. Təl-Əviv razılaşmanın qüvvəyə minməsindən bir həftə sonra Rəfah sərhəd keçid məntəqəsini açmağa razılaşıb və sazişə ilk mərhələdə vasitəçilərin nəzarəti altında humanitar yardımla bağlı protokol daxil olacaq.
İsrailin dərhal keçiddən humanitar yardım daşımağa başlaması üçün hazırlıqlara başlaması gözlənilir.
Oxşar xəbərlər
Netanyahunun ofisi Qəzzada atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahunun ofisi HƏMAS ilə atəşkəs imzalandığını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza razılaşmasının birinci mərhələsi açıqlanıb: - atəşkəs, əsir mübadiləsi [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail rəsmiləri Dohada Qəzza ilə bağlı razılaşmanın yollarını müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












