“Le Monde”: Fransanın dənizaşırı ərazilərinin 40 faizi yoxsulluq şəraitində yaşayır
Fransanın dənizaşırı ərazilərinin təqribən 40 faizi yoxsulluq şəraitində yaşayır.
“Report” xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetində “Fransada 20 il əvvəl yoxsulluğun azalması tempi dayanıb, əksinə artmaqda davam edir” adlı məqalə dərc olunub.
Fransanın “Dövlət İslahatları Dərnəyi” beyin mərkəzinin üzvləri olan Kristian Babusiyax (Christian Babusiaux), Bernadette Malqorn (Bernadette Malqorn) və Emmanuel Millardın hazırladıqları məqalədə qeyd edilib ki, kontinental Fransada 9 milyon insan yoxsuldur. Bu isə ölkə əhalisinin 14.4 faizini təşkil edir. Lakin dənizaşırı ərazilər də nəzərə alındıqda say 10 milyona çatır.
Fransanın dənizaşırı ərazilərində əhalinin sayı isə təqribən 2,6 milyondur. Bu isə o deməkdir ki, dənizaşırı ərazilərin təqribən 40 faizində yoxsulluq hökm sürür.
Məqalədə vurğulanır ki, yoxsulluqla mübarizəyə illik təxminən 51 milyard avro ayrılmasına və ölkə boyunca yüz minlərlə könüllünün səylərinə baxmayaraq vəziyyət davam edir.
Mövcud göstəricilər fonunda bildirilib ki, yoxsulluğun azalma tempi 20 il bundan əvvəl dayanıb, ancaq yoxsulluq səviyyəsi 2004-cü ildən etibarən artmağa başlayıb: “Fransanın İqtisadi Elmlər və Statistikaya dair Milli İnstitutunun 2024-cü ilin iyul ayında dərc etdiyi arayış da bu məlumatı təsdiqləyir”.
Nəşr yazıb ki, mövcud vəziyyətin səbəbi Fransanın yoxsulluğa qarşı apardığı mübarizədə qlobal yanaşma çatışmazlığıdır.
Məqalədə yoxsulluqla mübarizə və sosial siyasətin effektivliyini artırmaq üçün dövlət və ictimai qurumların daha təsirli tədbirlər görməsinin zəruriliyi də vurğulanıb:
“İctimai fəaliyyətin effektivliyini və idarə olunmasını yaxşılaşdırmaq zəruridir. Hər bir departamentdə yoxsulluqla mübarizə sahəsində müxtəlif istiqamətləri əhatə edən azı 30 plan və sxem mövcuddur. Bu istiqamətlər ya müəyyən ictimai qruplar üçün, ya da spesifik mövzular üzrə hazırlanır. Xüsusilə dəstək müavinətləri ilə bağlı öhdəliklər departamentlərə həvalə edildiyi halda, dövlətin maliyyə kompensasiyası 2008-ci ildən bəri, demək olar ki, dəyişməyib”.
Oxşar xəbərlər
BMT: Dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır
Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlanıb
Sabah Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Fransada hökumətin yeni tərkibi ilə bağlı məsləhətləşmələr keçirilir
Fransa kəşfiyyatından etiraf: Bakı Təşəbbüs Qrupu dənizaşırı ərazilərdə müstəqillik hərəkatlarını gücləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












