Yəməndə qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb
Yəmənin Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb, azı 67 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Al Mashhad” portalının məlumatına görə, Əz-Zahir rayonunun Əl-Məcriş bölgəsində dörd qazdoldurma qurğusu partlayıb. Yaralıların sayı 70 nəfəri keçib, onlar tibb müəssisələrinə yerləşdirilib. “Əs-Saura” xəstəxanası çoxsaylı yaralılar səbəbindən yerli sakinləri qan verməyə çağırıb.
Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda azı səkkiz nəfərin öldüyünü, 60 nəfərin xəsarət aldığını bildirmişdi.
Oxşar xəbərlər
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayışda 15 nəfər ölüb, 67 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
İranda kömür mədənindəki partlayışda ölənlərin sayı 50 nəfəri ötüb - YENİLƏNİB-2
Türkiyədə fabrikdə partlayışda xəsarət alanların sayı 33 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2
Türkiyədə partlayışda xəsarət alanların sayı 33 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2
Yamalda baş verən partlayışda 1 nəfər ölüb, 8 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












