Norveçdə avtobusun gölə düşməsi nəticəsində 3 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Norveçdə avtobusun gölə düşməsi nəticəsində 3 nəfər həlak olub


Norveçin şimalında Hadsel rayonunun Osvatnet gölünə turistlərlə dolu avtobus düşüb, ölənlər və yaralananlar var.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Sun” yerli polisə istinadən bildirib.

Nəşrin məlumatına görə, güclü qar və külək şəraitində 58 nəfərin (əsasən xaricilərin) olduğu avtobus günorta saatlarında yoldan çıxaraq gölə düşüb və qismən suya batıb.

Qəza nəticəsində üç nəfərin həlak olduğu, dörd nəfərin isə ağır xəsarət aldığı bildirilir.

Məlumatda qeyd olunub ki, həmin avtobus “Boreal Buss” nəqliyyat şirkətinə məxsusdur.

Oxşar xəbərlər

Hindistanda avtobusun dərəyə aşması nəticəsində 22 nəfər ölüb
Braziliyanın şərqində avtobus qəzasında azı 17 nəfər həlak olub
Pakistanda avtobus çaya düşüb, 14 nəfər ölüb, itkin düşənlər var
Pakistanda iki avtobus qəzasında 34 nəfər ölüb
Ekvadorda avtobus aşıb, 9 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər