Qırmızı dənizdə internet kabelləri kəsildiyi üçün sosial şəbəkələrdə nasazlıq yaranıb
Qırmızı dənizdə bölgənin dənizaltı qlobal trafikin 25 faizini təşkil edən Avropa, Asiya və Afrika arasındakı rabitə kabelləri zədələnib.
“Report” xəbər verir ki, bu barədə Honq-Konq provayderi "HGC Global Communications Limited" məlumat yayıb.
Qeyd olunub ki, zədə nəticəsində instaqram və feysbuk sosial şəbəkələrinin işində qlobal problem yaranıb.
Honq-Konqda yerləşən telekommunikasiya operatoru bildirib ki, Qırmızı dənizin cənubunda yerləşən və Yəmənin yurisdiksiyasına daxil olan Asiya-Afrika-Avropa 1 (AAE-1), Europe India Gateway, Seacom və TGN rabitə xətləri zədələnib.
Onlar məlumatların Asiyadan Avropaya ötürülməsi üçün vacibdir. Şirkət əvvəlki təcrübəni nəzərə alaraq hadisələrin bu cür inkişafına əvvəlcədən hazır olduqlarını və artıq digər xətlər üzrə məlumat axınının istiqamətləndirilməsinə başladıqlarını vurğulayıb.
Oxşar xəbərlər
"Meta" şirkəti sosial şəbəkələrdəki nasazlıqla bağlı məlumat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“X” sosial şəbəkəsinin işində problem yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ esminesi Qırmızı dəniz üzərində husilərin PUA-sını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
London Tehranı Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün husilərə təsir göstərməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Qırmızı dənizdəki vəziyyət Avropa üçün xərclərin artmasına səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












