Vyetnam Çinlə sərhədə qədər uzanacaq dəmir yolu layihəsinə 11,6 milyard dollar xərcləyəcək
sizinxeber.az xəbər saytı

Vyetnam Çinlə sərhədə qədər uzanacaq dəmir yolu layihəsinə 11,6 milyard dollar xərcləyəcək


Vyetnam ən böyük şimal limanı Hayfondan Çinlə sərhədə qədər 11,6 milyard ABŞ dolları dəyərində yeni dəmir yolunun xəttinin tikintisinə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə "Tuoi Tre" qəzeti yazır.

Məlumata görə, 417 kilometr uzunluğunda dəmir yolu 9 əyalət və şəhərdən keçərək Hayfon liman şəhərini Çinlə həmsərhəd olan Laokay əyaləti ilə birləşdirəcək.

Vyetnamın Baş naziri Fam Min Çin bildirib ki, gələn ilin fevralında ölkə hökuməti bu layihəni Milli Assambleyanın (birpalatalı parlament) təsdiqinə təqdim edəcək.

Baş nazir müvafiq nazirliklərə, idarələrə və yerli hakimiyyət orqanlarına Laokay-Hanoy-Hayfon dəmir yolu xəttinin investisiya əsaslandırmasının hazırlanmasını sürətləndirməyi tapşırıb. Tikintinin gələn il qrafik üzrə başlanması və 2030-cu ilin sonuna qədər başa çatdırılması gözlənilir.

Oxşar xəbərlər

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 45 % tamamlanıb
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-i tamamlanıb
Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlərin vəziyyəti açıqlanıb 
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə beynəlxalq daşımalar 8 % azalıb
Horadiz-Ağbənd dəmir yolu xəttində bu il ərzində görüləcək işlər açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər