ABŞ və Ukrayna təhlükəsizlik zəmanəti haqqında saziş imzalaya bilər
sizinxeber.az xəbər saytı

ABŞ və Ukrayna təhlükəsizlik zəmanəti haqqında saziş imzalaya bilər


ABŞ və Ukrayna NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitindən əvvəl təhlükəsizlik zəmanəti haqqında sazişi imzalaya bilər.

Bunu Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina deyib.

“Taktiki baxımdan danışıqlar aparılıb və strateji bəyannamə qəbul edilib. Bu qərar daha əvvəl (iyulda Vilnüsdə keçiriləcək NATO sammiti - Qeyd) verilə bilər”, - deyə Olqa Stefanişina bildirib.

O, həmçinin əmindir ki, iki ölkə mütləq təhlükəsizlik zəmanətləri imzalayacaq.

Bundan əvvəl “The Washington Post” qəzeti yazıb ki, ABŞ Ukraynaya 10 il müddətinə təhlükəsizlik zəmanəti verməyi planlaşdırır, plan dörd mərhələdən ibarətdir.

Oxşar xəbərlər

Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna və NATO ortaq silah istehsalına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Medvedev: "Ukrayna ərazisindəki xarici hərbi bazaları vuracağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden şərtini açıqladı: “Rusiya məğlub olduqdan sonra...” [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: Ukrayna ərazilərini güzəştə getməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər