KİV: ABŞ və Britaniya Qərb raketlərinin Rusiyanın dərinliklərinə buraxılması qərarını elan etməyəcəklər
Böyük Britaniya və ABŞ yaxın həftələrdə Ukraynaya “Storm Shadow” raketləri ilə Rusiyanın dərinliklərindəki hədəflərə zərbə vurmağa icazə vermək barədə gizli qərar qəbul edə bilərlər.
“Report” xəbər verir ki, bu barədə “The Times” qəzeti diplomatik mənbələrə istinadən bildirib.
Qeyd olunub ki, bu faktı ilk zərbələr həyata keçirilənədək gizli saxlamağa çalışacaqlar.
Mənbələr bildiriblər ki, Kiyevin müttəfiqləri cəbhə xəttindən uzaqda yerləşən “silah anbarları və bunkerləri” Ukrayna Silahlı Qüvvələri üçün qanuni hədəflər elan edə bilərlər.
Razılaşma Nyu-Yorkda liderlərin görüşləri zamanı əldə edilə bilər. Burada sentyabrın 24-dən 30-dək, sentyabrın 29-da fasilə ilə BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi keçiriləcək. Bu mərhələdə tərəflər rəsmi bəyanatlardan çəkinmək istəyirlər.
Britaniya hökuməti bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Nəşrə bildirilib ki, “Birləşmiş Krallığın mövqeyi dəyişməyib”.
Oxşar xəbərlər
ABŞ və Britaniya Rusiyanın dərinliklərinə zərbə məhdudiyyətlərini qaldıra bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Telegraph”: Ukrayna ordusuna Kurska “Storm Shadow” raketləri ilə zərbə endirmək qadağan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bayden ATACMS raketləri ilə Rusiyanın dərinliklərinin vurulmasına icazə verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Guardian: London Kiyevə “Storm Shadow”dan istifadəyə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












