KİV: İsrail 15 ildir ki, Livanda peycerləri partlatmaq üçün əməliyyat hazırlayır
sizinxeber.az xəbər saytı

KİV: İsrail 15 ildir ki, Livanda peycerləri partlatmaq üçün əməliyyat hazırlayır


İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbə İsrailin Livanın müxtəlif ərazilərində partlayan rabitə vasitələrinin istehsalı ilə məşğul olduğunu təsdiqləyiblər:

"Bunun üçün İsrail peycerlərin istehsalı ilə əlaqəli olduğu iddia edilən bir neçə şirkət yaradıb. Üstəlik, bu müəssisələrin bəzi işçiləri əslində kimin üçün işlədiklərini belə bilmirdilər".

ABC qeyd edir ki, bu təşkilatlardan biri Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting" idi və müqaviləyə əsasən, o, Tayvanın "Gold Apollo" şirkətinin brendi altında peycerlər istehsal etməli idi. Lakin Macarıstan hökumətinin nümayəndəsi telekanala bildirib ki, bu qurğular Macarıstanda yoxdur, "BAC Consulting" isə sadəcə vasitəçi olub və ölkədə heç nə istehsal etmir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu cür əməliyyatları mülki şəxslər üçün çox təhlükəli hesab edir və buna görə də öz fəaliyyətində bu cür taktikalardan imtina edir.

Son məlumatlara görə, sentyabrın 17 və 18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 287 nəfərin vəziyyəti isə ağırdır.

Oxşar xəbərlər

KİV: İsrail uzun müddətdir peycerləri partlatmaq üçün qondarma beynəlxalq şirkət yaradıb
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
Tayvan və Macarıstan Livanda partlayan qurğuların istehsalını inkar edib
İsrail Livanda “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib
KİV: İsrail Suriyadakı İranın raket istehsalı bazasını vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle