Venesuelada kütləvi elektrik enerjisi kəsintisi qeydə alınıb
Venesuelanın bütün ştatlarında kütləvi elektrik enerjisi kəsintisi qeydə alınıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Freddi Nyanes məlumat verib.
Elektrik enerjisinin verilməsindəki kütləvi kəsintiyə sabotajın səbəb olduğu bildirilir. Kəsintilər ölkənin bütün 24 ştatında baş verib.
Nazirin sözlərinə görə, hazırda mütəxəssislər problemin həlli ilə məşğuldurlar. Paytaxtda mövcud şəraitdə yerüstü nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi tədbirlər həyata keçirilib.
Nyanes elektrik enerjisinin kəsilməsini ölkə Prezidenti Nikolas Maduronun əleyhdarlarının addımı kimi dəyərləndirib.
Öz növbəsində “Associated Press” agentliyi isə xatırladıb ki, 2019-cu ildə də Venesuelada tez-tez elektrik enerjisinin verilməsində kəsintilər olurdu və hakimiyyət buna görə həmişə rəqiblərini günahlandırırdı. Amma energetika mütəxəssisləri kəsintilərin elektrik xətlərini zədələyən yanğınlar və avadanlıqlara düzgün qulluq göstərilməməsi ilə bağlı olduğunu bildirirdilər.
Oxşar xəbərlər
Xaçmazın 9 kəndində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldovada elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynada elektrik enerjisinin kütləvi kəsilməsinin səbəbləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Mingəçevirin bəzi hissəsində elektrik enerjisinin verilməsində fasilə olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












