Almaniya sualtı qaz kəmərlərinə nəzarət üçün PUA-lardan istifadə edəcək
Almaniya hərbi donanması pilotsuz aparatların istifadəsini genişləndirmək niyyətindədir və onlardan sualtı kritik infrastruktur obyektlərinə, o cümlədən qaz kəmərlərinə nəzarət üçün istifadə etməyi planlaşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı, vitse-admiral Yan Kristian Kaak “The Japan Times” nəşrinə bildirib.
“Biz pilotsuz sistemlər sahəsində texnoloji inkişaflardan irəli gələn imkanları da görürük və bu istiqamətdə səylərimizi gücləndirəcəyik. Bu sistemlərin istifadəsi hərbçilərimiz üçün mümkün təhlükələri minimuma endirəcək. Bundan əlavə, bu sistemlər zəif yerlərə nəzarət üçün idealdır. Buraya xüsusilə, qaz kəmərləri kimi mühüm sualtı infrastruktura nəzarət daxildir”, - o vurğulayıb.
Vitse-admiral, həmçinin bildirib ki, 2035-ci ilə qədər Berlin öz donanmasını müasir freqatlar, sualtı qayıqlar və s. ilə təchiz etməyi planlaşdırır.
Oxşar xəbərlər
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
