Ağ Ev: İranı eskalasiyadan əl çəkməyə inandırmağa davam edəcəyik
sizinxeber.az xəbər saytı

Ağ Ev: İranı eskalasiyadan əl çəkməyə inandırmağa davam edəcəyik


Birləşmiş Ştatlar Yaxın Şərqdəki vasitəçilərin köməyi ilə İranı sonrakı eskalasiyadan imtina etməyə çalışacaq.

"Report"un məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O, əslində Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün Vaşinqton və Tehran arasında birbaşa təmasların olması ilə bağlı suala cavab verməkdən yayınıb. "Biz İrana maraqlarımıza uyğun gələn zaman siqnal göndəririk", - bununla bağlı sualı cavablandıran Jan-Pyer deyib.

"Biz İsraili müdafiə edəcəyimizi açıq şəkildə bildirdik, lakin münaqişənin genişlənməsini və ya böyüməsini istəmirik. Əvvəldən bu mövqedə aydın idik", - Ağ Evin mətbuat katibi davam edib.

“Biz bu siqnalı regiondakı tərəfdaşlarımıza göndəririk və onlardan İranı gərginliyi artırmağı dayandırmağa çağırırıq”, - o vurğulayıb.

Oxşar xəbərlər

ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqton Yaxın Şərqdəki ABŞ qüvvələri ilə bağlı Tehrana xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin baş katibi Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər