Qərb ölkələri Haniyənin qətli ilə bağlı bəyanat layihəsini bloklayıb
sizinxeber.az xəbər saytı

Qərb ölkələri Haniyənin qətli ilə bağlı bəyanat layihəsini bloklayıb


İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ, Böyük Britaniya və Fransanın HƏMAS Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin qətli ilə bağlı Rusiyanın irəli sürdüyü bəyanat layihəsini rədd etdiklərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

“ABŞ, Böyük Britaniya və Fransa Rusiyanın İsrailin vəhşiliyini pisləyən təklifini bloklayıblar”, – İrəvani çıxışında vurğulayıb.

Xatırladaq ki, daha əvvəl BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcəyini açıqlamışdı.

İ.Həniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Oxşar xəbərlər

Haniyənin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
NYT: Xamenei İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda üçgünlük matəm elan edilib - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın Təhlükəsizlik Şurası Haniyənin ölümünə görə qisas alınacağını bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Haniyə sabah Tehranda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər