Polşa Ukraynaya elektrik enerjisi satmağa hazırdır
sizinxeber.az xəbər saytı

Polşa Ukraynaya elektrik enerjisi satmağa hazırdır


Polşa kömürün yandırılması nəticəsində əldə edilən elektrik enerjisini Ukraynaya satmağa hazırdır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Polşa Seyminin (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsinin rəhbəri Pavel Koval “Radio Zet” radiostansiyasının efirində bildirib.

O qeyd edib ki, rəsmi Varşavanın ETS (Aİ karbon ticarəti sistemi) çərçivəsində xərclərin qarşısını almaq üçün həll yolu var.

“Artıq ETS ilə bağlı həll yolumuz var. Bunun texniki cəhətdən necə göründüyünü hələlik deyə bilmərəm”, - parlamentari vurğulayıb.

Siyasətçi iddia edir ki, Varşavanın təklif etdiyi variant Avropa Komissiyasını razı salmalıdır. Onun sözlərinə görə, Polşa Kiyevə elektrik enerjisini ucuz qiymətə satmayacaq.

Qeyd edək ki, kömür yandırmaqla əldə olunan elektrik enerjisinin Ukraynaya verilməsini ilk dəfə Polşanın Baş naziri Donald Tusk iyulun 8-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə təklif edib. Varşava həmçinin Kiyevə elektrik generatorlarının tədarükünü də artırmağa hazırlaşır.

Oxşar xəbərlər

Zelenski: Bəzi dövlətlər Ukraynaya xəyanət edib
Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib
Putin: Polşa Ukraynaya qoşun yeritsə, daha ordan çıxmayacaq
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını minimuma endirib
Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər