Kats Qəzza şəhərinə hücum planını təsdiqləyib
sizinxeber.az xəbər saytı

Kats Qəzza şəhərinə hücum planını təsdiqləyib


İsrailin müdafiə naziri İsrael Kats ordunun Qəzza şəhərinə hücum planını təsdiqləyib.

Bu barədə “Sizinxeber.az” “Times of Israel”ə istinadən məlumat verir.

Hücum "Gideonun arabaları B" adlandırılıb.

Təhlükəsizlik qüvvələrindəki mənbə bildirib ki, Kats hökumətin hərbi qüvvələrə Qəzza şəhərini ələ keçirməyi tapşırmasından sonra keçirilən görüş zamanı İsrail Müdafiə Qüvvələrinin planını və hazırlığını yüksək qiymətləndirib.

İsrail Müdafiə Qüvvələri Katsın təsdiqlədiyi hücumda iştirak etmək üçün ehtiyatda olan 60 minə yaxın hərbçinin orduya çağırılması barədə əmrlər verib.

Müdafiə naziri həmçinin Qəzza şəhərindən anklavın cənubuna köçürülməli olan təxminən bir milyon fələstinli üçün "humanitar hazırlığın" aparıldıdğını təsdiqləyib.

Oxşar xəbərlər

İsrael Kats: Dəməşq qoşunları əs-Süveydanı tərk etməsə, İsrail Ordusu Suriyaya zərbələri davam etdirəcək
İsrail Livanda “Hizbullah”ın hədəflərinə zərbələr endirdiyini təsdiqləyib
KİV: İsrail ordusu Qəzzaya yeni hücum planını təsdiqləyib
İsrailin müdafiə naziri: "İranın nüvə proqramını pozmaq üçün əməliyyatları davam etdirəcəyik"
Kats: İsrail ordusu Qəzzanın bufer zonasında daimi mövcudluğunu qoruyub saxlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər