Britaniyada terrorizm ittihamı ilə üç qadın həbs edilib
sizinxeber.az xəbər saytı

Britaniyada terrorizm ittihamı ilə üç qadın həbs edilib


Edinburqda üç qadın müdafiə şirkəti “Leonardo UK” tərəfindən idarə olunan fabrikin girişində avtomobili hasara vurduqdan sonra həbs edilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Şotlandiya polisinin bəyanatında deyilir.

Qeyd olunub ki, 31, 34 və 42 yaşlı üç qadın Edinburqda mikroavtobusu biznes binasının xarici hasarına vurduqdan sonra 2000-ci il “Terrorizm qanunu”na əsasən saxlanılıblar.

Polis Şotlandiyanın Terrorla Mübarizə Bölməsinin araşdırma apardığı vurğulayıb: “Biz bunu məqsədyönlü hadisə kimi qiymətləndiririk. Biz ictimaiyyət üçün hər hansı təhlükənin olduğuna inanmırıq”.

Qeyd olunur ki, hadisə iyulun 15-də baş verib.

Xatırladaq ki, müdafiə şirkəti İsraili lazer yönləndirmə sistemləri ilə təmin edir.

Oxşar xəbərlər

Rumıniya vətəndaşı Britaniyada anbarda yanğınla bağlı həbs edilib
Ağdaşda yol qəzasına düşən 80 yaşlı qadın 7 gün sonra ölüb
Hindistanda israili turistə və yerli qadına təcavüz edilib
Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb
Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər