ABŞ Dövlət Departamentində yenidənqurmanın başlandığı təsdiqlənib
sizinxeber.az xəbər saytı

ABŞ Dövlət Departamentində yenidənqurmanın başlandığı təsdiqlənib


ABŞ Dövlət Departamenti qurumda yenidən qurulmanın başlandığını təsdiqləyib.

“Sizinxeber.az” “Fox News”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.

"Yenidən qurulmanın məqsədi işçilərin fəaliyyət və proqramlarını" “Amerika hər şeydən öndə” xarici siyasətinin prioritetlərinə tam uyğunlaşdırmaqdır", - o deyib.

Bryus əlavə edib ki, Ali Məhkəmənin bu yaxınlarda yekdil qərarı Departamentin yenidən qurulmasına başlamağa imkan verir. Gözlənilir ki, bu, nazirliyin təkcə aktual vəzifələrə uyğun inkişafını təmin etməyəcək, həm də onu öz mənşəyinə - nəticə yönlü demokratiyaya qaytaracaq.

Bundan əvvəl dövlət katibi Marko Rubio bürokratiyanı azaltmaq və xərcləri optimallaşdırmaq lazım olduğunu bildirərək, son 25 ildə Dövlət Departamentinin strukturunun əhəmiyyətli dərəcədə artdığını və bunun da işin səmərəliliyini azaltdığını qeyd edib.

Oxşar xəbərlər

“Fox News”un jurnalisti Dövlət Departamentinin mətbuat katibi olacaq
Rubionun Səudiyyə Ərəbistanına səfər edəcəyini təsdiqlənib
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Dövlət Departamenti: Minerallara dair saziş Ukraynanın milli təhlükəsizliyini gücləndirəcək
ABŞ-nin Ukraynadakı səfiri istefa verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər