NASA-nın 2000-dən çox rəhbəri şəxsi işdən çıxır
sizinxeber.az xəbər saytı

NASA-nın 2000-dən çox rəhbəri şəxsi işdən çıxır


ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsində (NASA) yüksək vəzifə tutan 2 145 əməkdaş agentliyi tərk edəcək.

"Report"un məlumatına görə, bu barədə "Politico" nəşri sərəncamında olan sənədlərə istinadən yazır.

Materialda qeyd olunur ki, işdən çıxarılan əməkdaşların əksəriyyəti dövlət xidmətində rəhbər vəzifələrə uyğun olan GS-13 - GS-15 səviyyəli vəzifələri tuturlar. Onlar işçi sayının azaldılması siyasətindən narazıdırlar.

İxtisarlar NASA üçün çətin bir dövrdə baş verir. Prezident Donald Trampın administrasiyası dövründə ABŞ-ın kosmik sənayesi və 18 000 əməkdaşı olan NASA heyəti, onlarla elmi proqramı ləğv edəcək gözlənilən işdən çıxarılmalar və təklif olunan büdcə ixtisarları səbəbindən qeyri-müəyyənliklə üzləşib.

Oxşar xəbərlər

Tramp: Mask dostunu NASA-nın rəhbəri təyin etməyi xahiş edib
KİV: Trampın siyasəti NASA-nın işini çətinləşdirə bilər
NASA Avropada həyat axtaracaq
Milyarder NASA-nın rəhbəri olacaq
NASA-nın Marsdakı helikopteri ilə əlaqəsi kəsilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər