sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Belarusda müxalifətçi Sergey Tixanovski azad edilib
Belarus müxalifətçisi Sergey Tixanovski azadlığa buraxılıb.
"Report" xəbər verir ki, bu barədə Belarus KİV-i məlumat yayıb.
Onun azad edilməsi Belarus lideri Aleksandr Lukaşenkonun ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq ilə görüşü fonunda baş verib.
Qeyd edək ki, S.Tixanovski 29 may 2020-ci ildə saxlanılıb. 2021-ci il dekabrın 14-də isə kütləvi iğtişaşların təşkili, Mərkəzi Seçki Komissiyasının işinə maneə törətmə və ictimai asayişi kobud şəkildə pozan hərəkətlərin təşkili maddələri ilə 18 il həbs cəzasına məhkum edilib.
Oxşar xəbərlər
Sergey Tixanovski azadlığa buraxılıb
Belarus MSK: Prezident seçkilərində yeddi namizəd iştirakını davam etdirəcək
Belarusda prezident seçkiləri başlayıb
Azərbaycan və Belarus Baş nazirlərinin təkbətək görüşü keçirilir
Belarus Prezidenti 15 məhkumu əfv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













